RU

"Yandex" elektromobil istehsalına başlayır

"Vedomosti" qəzetinin öz mənbələrinə istinadən yaydığıməlumataəsasən, layihə Çinin"GAC"avtomobil şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. "UMO 5" adlanan yeni elektromobil adıçəkilən brendin"Aion Y Plus"modeli əsasında hazırlanacaq.
Peterburqda robot-kuryerlər istifadəyə verilib | FOTO

"Yandex" müvafiq ticarət nişanını Rusiyanın Federal Əqli Mülkiyyət Xidmətində ("Rospatent") artıq qeydiyyatdan keçirib. Şirkət, eyni zamanda, Rusiyanın müxtəlif avtomobil zavodları ilə layihə çərçivəsində danışıqlar aparır, Çin prototipinin yerli istehsalını onlardan birinə tapşırmağı planlaşdırır. Məlumata əsasən, ölkədə elektrikli nəqliyyat vasitələri üzrə subsidiya nəzərə alınmaqla, "UMO 5"inistehsal qiyməti 2,4 milyon rubldaqərarlaşacaq. Yeni elektromobilin əsasən taksi şirkətlərinə satılacağı diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az
Избранный
24
1
azvision.az

2Источники