RU

Paytaxtda avtomobillərin toqquşması qaz borusunda yanğına səbəb olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

 

Qaziler.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın baş verdiyi müəyyən olunub.

 

Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

Избранный
12
17
qaziler.az

10Источники