Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün dünyanın ən yaxşı U-20 futbolçularının siyahısını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, siyahıya 233 xalla İspaniya millisinin və “Barselona”nın hücumçusu Lamin Yamal liderlik edir. PSJ-dən Dezire Due (90 xal) ikinci, “Çelsi”nin futbolçusu Estevao (50 xal) üçüncü olub.
Türkiyə millisinin üzvləri Arda Güler (30 xal) dördüncü, Kenan Yıldız (10 xal) isə altıncı yerdə qərarlaşıb.