RU

"Barselona" Hans Fliklə bağlı QƏRAR verdi

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya çempionu 60 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmağı planlaşdırır. Hazırda Flikin klubla mövcud sözləşməsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Lakin La Liqa nəhəngi baş məşqçiyə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır. “Barselona” Hans Flikin rəhbərliyi altında bütün turnirlərdə 84 oyun keçirib. Komanda bu görüşlərdə 62 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 13 məğlubiyyətlə üzləşib. Kataloniya təmsilçisi ötən mövsüm İspaniya çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.

“Barselona” bu mövsüm isə 17 turdan sonra İspaniya çempionatında 1-ci pillədə qərarlaşıb və “Real”ı 4 xal qabaqlayır. Flikin komandası növbəti oyununu dekabrın 21-də turnir cədvəlinin 3-cü pilləsində olan “Vilyarreal”a qarşı keçirəcək

Избранный
56
5
Ajans.az

6Источники