RU

On bir ayda pensiya ödənişlərinə 6 milyard 515 milyon manat vəsait yönəldilib

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 milyon manat) çox olmaqla 6 milyard 515 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
5
yeniazerbaycan.com

8Источники