RU

Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı 1 875 nəfərdir Vüqar Qurbanov

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875 nəfər,  təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir. Beləliklə, cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.O əlavə edib ki, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
11
redaktor.az

10Источники