RU

Ağstafada atası tərəfindən döyüldüyü iddia edilən 3 azyaşlı ilə bağlı məsələyə münasibət bildirilib

Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı daxil olmuş məlumat əsasında məsələ dərhal nəzarətə götürülüb. Bununla əlaqədar olaraq, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən ailəyə baxış keçirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, hazırda azyaşlı uşaqların təhlükəsizliyi təmin olunmuş, onlar müvafiq tibbi yardım göstərilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.

Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən uşaqların mövcud vəziyyəti qiymətləndirildikdən sonra azyaşlıların mənafeyinin təmin edilməsi məqsədilə müvafiq müəssisəyə yerləşdirilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Избранный
110
9
apa.az

10Источники