Ajans.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti açıqlama yayıb. 41 yaşlı futbolçu bundan əvvəl Braziliyanın "Fluminense" klubunu tərk edib. Qeyd edək ki, Silva 2004-cü ildə "Portu" ilə müqavilə bağlamışdı, lakin əsas komandada heç bir oyun keçirməmişdi. Silva İngiltərənin "Çelsi" klubunun heyətində UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. Müdafiəçi bundan əvvəl Fransanın "Pari Sen-Jermen", İtaliyanın "Milan", eləcə də Braziliyanın "Juventude" və "Fluminense" klublarında oynayıb. Futbolçu İtaliya çempionu və Fransada yeddiqat çempiondur. Silva Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokunun, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin Olimpiya Oyunlarında gümüş (2012) və bürünc (2008) medal qazanıb.