RU

İl ərzində Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Almaniyayaümumilikdə 502 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə olunmuş 956,7 min ton xam neft və neft məhsulları ixracolunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilineyni dövrü ilə müqayisədə dəyər ifadəsində 132,4 milyon ABŞ dollarıvə ya 20,9 faiz, həcm baxımından isə 45,3 min ton və ya 4,5 faizazdır.

Xatırladaq ki, ötən ilin ilk 11 ayı ərzində AzərbaycandanAlmaniyaya 634,4 milyon ABŞ dolları dəyərində 1,002 min ton neft vəneft məhsulları ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Избранный
65
9
az.trend.az

10Источники