RU

Emin Mahmudov 50-ci qolunu vurdu

"Neftçi"nin kapitanı Emin Mahmudov premyer-liqada 50-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionatında yalnız “Neftçi”nin formasını geyən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

O, Misli premyer-liqasının 16-cı turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudu.

Yarımmüdafiəçi ölkə çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudu.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdi. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

Избранный
42
8
football-plus.az

10Источники