Bakı, 24 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 min 110 şagird təhsil alır.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.