RU

Orqan alveri edən qadın Qazaxıstana ekstradisiya edildi –Azərbaycanda da fəaliyyət göstərib


İnsan orqanlarını satmaqda şübhəli bilinən ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

Medicina.az xəbər verir ki, o, 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər qara bazarda satılması üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışdadır. 2025-ci ilin martında o, Polşa sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Qazaxıstan Məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

Hazırda şübhəli şəxs istintaq təcridxanasındadır. Onun ittiham olunduğu cinayətlər üzrə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Eyni mütəşəkkil cinayətkar dəstənin 2 üzvü daha əvvəl Türkiyə və Rusiyadan geri qaytarılıb.


Избранный
13
3
medicina.az

10Источники