RU

Abşeronun 3 kəndində işıq olmayacaq

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Abşeronda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində bu gün 35 kV-luq “Pirəkəşkül-Cəngi” hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
17
qafqazinfo.az

10Источники