RU

Üsyankar nazirin hesabına həbs qoyuldu Kreml qisas alır?

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva Arbitraj Məhkəməsi “Rosnano” şirkətinin iddiası əsasında Rusiyanın keçmiş iqtisadiyyat naziri və şirkətin baş direktor olmuş Anatoli Çubaysın hesablarındakı təxminən 11,9 milyard rubl vəsaitə həbs qoyub. Məhkəmə dövlət korporasiyasının digər 12 keçmiş menecerinin hesablarını da bloklayıb.Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, dekabrın 12-də “Rosnano” “Crocus” (söhbət Fransada fəaliyyət göstərən “Crocus Technology” şirkəti ilə imzalanan sazişdən gedir) layihəsi üzrə zərərin ödənilməsi üçün iddia qaldırıb. Layihə 2011-ci ildə həyata keçirilib . “Rosnano” iddia edir ki, Çubays və keçmiş rəhbərlik layihəyə yatırılan bütün investisiyaları səmərəsiz xərcləyiblər. Bundan sonra dövlət korporasiyası aktivlərin xaricə çıxarılmaması üçün hesabların həbsini tələb edib.Qeyd edək ki, bu ilin aprelində Moskva məhkəməsi başqa iddia üzrə Çubaysın və 7 nəfərin hesablarındakı 5,6 milyard rubla həbs qoymuşdu.Xatırladaq ki, Çubays 2022-ci ildə Ukraynadakı müharibə ilə bağlı hökumətin siyasətindən narazı olduğunu bildirək vəzifəsindən istefa verib və Rusiyanı tərk edib. O, uzun illər Rusiya iqtisadiyyatında əsas fiqurlardan biri olub. 1991–1996-cı illərdə Rusiya Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışan Çubays 1998–2004-cü illərdə Rusiya İqtisadiyyat naziri, 2004–2008-ci illərdə RAO UES (dövlət enerji şirkəti) rəhbəri və 2007–2014-cü illərdə “Rosnano” dövlət korporasiyasının baş direktoru olub. 2020–2022-ci illərdə Rusiya Prezidenti tərəfindən Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edilmişdi.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
www.bakupost.az

1Источники