RU

Cavid İmamverdiyev – İkinci Liqanın bombardiri! – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Cavid İmamverdiyev İkinci Liqa tarixinin ən yaxşı bombardiridir.

Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) İkinci Liqanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub. PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və İkinci Liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.

Cavid İmamverdiyev yarışın İkinci Liqa adlandığı dövrdə ən çox qol vurmuş futbolçudur. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Şəki”də oynamış futbolçu 65 qola imza atıb.

“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənmiş Tural Qurbatov siyahıda ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü İkinci Liqada keçirmiş Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.

Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və bu siyahıda nəzərə alınmayıb.

2-ci Liqada 20 və daha çox qol vuranlar

  1. Cavid İmamverdiyev – 65
  2. Tural Qurbatov – 57
  3. Elvin Nəsibov – 51
  4. Vidadi Cəfərov – 49
  5. Elxan Məmmədov – 36
  6. Elariz Xəlilli – 32
  7. Famil Camalov – 30
  8. Valeh Seyidov – 27
  9. Tofiq Nəsibov – 27
  10. Amil Yunanov – 26
  11. Ramazan Abbasov – 24
  12. Vüqar Əşrəfli – 23
  13. Röyal Nəcəfov – 23
  14. Ülvi Quliyev – 21
Избранный
21
8
arena.az

10Источники