Mozambik millisi Afrika Millətlər Kubokunda ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin də yer aldığı komanda Fil Dişi Sahili ilə qarşılaşıb.
Mozambik millisi 0:1 hesabı ilə məğlub olub. Martins 90 dəqiqə meydanda olub. Oyunda yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub.
Mozambik növbəti oyunlarda Qabon (28 dekabr) və Kamerunla (31 dekabr) qarşılaşacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта