Növbəti ildən ilkin peşə təhsili üzrə də Təhsil Tələbə Krediti veriləcək.
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.
Təhsil Tələbə Kreditlərinin 35 faizi həssas təbəqədən olan şəxsləri əhatə edib: “Bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün təqdim edilib”.