RU

Tailand-Kamboca münaqişəsi - 630 mindən çox kambocalı məcburi köçkün düşüb

Tailandla sərhəddə yaşanan gərginlik fonunda Kambocada 630 minə yaxın dinc sakin məcburi köçkün düşüb və onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca krallığının Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Qurumun bəyanatına görə, 636,6 mindən çox kambocalı sakin yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.

Son rəqəmlərə əsasən, Tailand hərbçilərinin açdığı atəşdən 31 dinc sakin həlak olub, azı 87 nəfər yaralanıb.

Kamboca və Tailand sərhədində atıcı silahların tətbiqi ilə müşayiət olunan toqquşmalar dekabrın 7-də başlayıb. Tailandın quru qoşunları dekabrın 8-də bildiriblər ki, Kamboca hərbçiləri sərhədyanı zonada Tailand mövqelərini artilleriya atəşinə tutublar. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturlarına zərbələr endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
1
olaylar.az

2Источники