Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.
“Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.
***
Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan məhrum edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin qərarında bildirilib.
Bundan sonra Erməni Kilsəsi həmin torpaq sahələrinə yalnız ödənişsiz istifadə hüququ əsasında sərəncam verə biləcək.