RU

Paşinyan erməni kilsəsini ödənişsiz torpaq almaq hüququndan məhrum edib, telekanalını bağlayıb - YENİLƏNİB

Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.

Qərarın əsaslandırılmasında qeyd olunur ki, belə bir addımın əsası 24 oktyabr 2025-ci il tarixli "Audiovizual Media" haqqında qanuna edilən dəyişikliklərdir.

“Şoqakat” telekanalı hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.

***

Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin qərarında bildirilib.

Bundan sonra Erməni Kilsəsi həmin torpaq sahələrinə yalnız ödənişsiz istifadə hüququ əsasında sərəncam verə biləcək.

Избранный
46
7
operativmm.az

8Источники