RU

Türkiyə generalın olduğu təyyarənin "qara qutu"sunu araşdırmağa başladı

Türkiyəli mütəxəssislər Liviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Əli Əhməd əl-Həddadın da göyərtəsində olduğu qəzaya uğramış "Falcon 50" biznes təyyarəsinin bort yazıcılarının (qara qutularının) araşdırılmasına başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinə istinadla "Associated Press" məlumat yayıb.

Bildirilir ki, istintaq Liviya rəsmiləri ilə koordinasiya şəraitində aparılır. Türkiyə qurumunun məlumatına görə, təyyarənin qalıqları üç kvadrat kilometr əraziyə səpələndiyindən axtarış işləri çətinləşib.

Daha əvvəl Liviya hakimiyyəti özəl təyyarənin qəzaya uğraması ilə əlaqədar rəsmi olaraq üç günlük matəm elan edib.

Избранный
42
50
publika.az

10Источники