RU

Agentlik: Bu il 834 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub.

Herbiand.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.

O qeyd edib ki, bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib: “866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir”.


O, mənfi rəyin verilməsinə səbəb olan faktorlardan söhbət açıb: “Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 imtina, əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 imtina, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina, autentik (həqiqi) olmayan diplom səbəbilə 30 imtina, "Açıköğretim" təhsilalma forması səbəbilə 29 imtina, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27imtina, ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina, bbakalavr diplomu üzrə kvalifikasiya tanınmadığıüçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 imtina olub”.

Избранный
11
11
herbiand.az

10Источники