Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu il Azərbaycanda 4333 xarici kvalifikasiya tanınıb.
"Unikal" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
Onun sözlərinə görə, quruma xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub:
"Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib, 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və onlara xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınmaması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16,1 % təşkil edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.