Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2025-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub.Bizim.Media xəbər verir ki, bu barədə TKTA-nın media nümayəndələri üçün 2025-ci ilin yekununa dair brifinqdə məlumat verilib. "Müraciətlərdən 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir", - deyə açıqlamada qeyd edilib. Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.