RU

Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna Rusiya müharibəsi ilə bağlı deyildi

ain.az bildirir, Apa.az portalına istinadən.

“Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun çox aydın və sistemli çərçivəsi var”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər bir ölkənin müttəfiqləri, strateji tərəfdaşları var: “Onlarla olan münasibətlər digərləri ilə olan münasibətlərdən fərqlənə bilir. Amma bəlli çərçivələr, beynəlxalq hüquq var. Biz bir halda bir mövqedən, digər halda başqa mövqedən heç vaxt çıxış etməmişik. Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən açıq müharibə fazasına keçib. Azərbaycan bu mövzuda hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu mövqeni çətin də olsa, Azərbaycan hər sahədə saxlayıb. Azərbaycanla Rusiya arasında olan gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi. Eynilə İsrail-Fələstin münaqişəsi. Azərbaycan hər zaman iki dövlətli həll yolu yanaşmasından çıxış edib. Eyni zamanda, Fələstin mövzusu geniş islam dünyası, ərəb dünyası üçün çox mühüm mövzudur. Azərbaycan hər zaman bütün bu ölkələrlə yaxşı münasibətləri qoruyub. Azərbaycan İsraillə ən yaxşı münasibətləri olan ölkələr sırasındadır. Azərbaycan prinsipial mövqeyi ilə paralel İsraillə münasibətləri qarşılıqlı hörmət və prinsip əsasında qurur”.

Nazir işğaldan azad edilmiş ərazilərdə mina probleminə də toxunub: “Çox əfsuslar olsun ki, mina bəlası bizi uzun illər müşayiət edəcək”.

Nazir insanları mina basdırılan ərazilərə icazəsiz səfər etməməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
4
apa.az

5Источники