RU

Maliyyə Nazirliyinin avtomobilləri hərraca çıxarılacaq

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 3 mart 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Maliyyə Nazirliyinə məxsus 4 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq. 

Qeyd edilib ki, nazirliyin hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 2 800 manatdan 3 500 manata qədərdir.

Nəqliyyat vasitələrinin markası isə 2 ədəd "Nissan Maxima" və 2 ədəd "Chevrolet Niva"dır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
banco.az

10Источники