Bakı. Trend:
Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20mVA gücündə transformatorla əvəz olunacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirməişləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində vərayonun bir sıra hissələrində elektrik enerjisinin verilişindəməhdudiyyət yaranacaq.
“Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayışməntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,- məlumatda vurğulanıb.