RU

Bu ərazilərdə işıq olmayacaq

Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Bu barədə NOCOMMENT.aza “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda vurğulanıb.

Избранный
33
10
nocomment.az

10Источники