RU

Biləsuvarda işıq olmayacaq

Biləsuvarda
Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq. Bu barədə 1news.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda vurğulanıb.

Избранный
41
10
1news.az

10Источники