RU

Karyerasını başa vurmalı oldu

Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”, “İnter” və PSJ-nin sabiq yarımmüdafiəçisi bu barədə sosial şəbəkələrdə yayımlanan video müraciətində bildirib. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib. Rafinya ailəsinə, azarkeşlərə və futbola təşəkkür edib, həyatında yeni mərhələnin başladığını vurğulayıb.

Rafinya Alkantara “Barselona”nın yetirməsidi. 32 yaşlı futbolçu İspaniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində “Selta”, PSJ, “İnter” və “Real Sosyedad” klublarında da çıxış edib. 2016-cı ildə Braziliya yığması ilə Olimpiya çempionu olan futbolçunun sonuncu klubu “Əl-Ərəbi” (Qətər) olub.

Избранный
10
1
football-plus.az

10Источники