RU

A Seriyası: “Yuventus” “Piza”nı 2 cavabsız qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Udineze” – “Latsio” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Parma” doğma meydanda “Fiorentina”nı tək qolla üstələyib. “Torino” evdə “Kalyari”yə, “Leççe” “Komo”ya uduzub. “Piza”nın qonağı olmuş “Yuventus” da turu inamlı qələbə ilə başa vurub.

Turun qalan görüşləri dekabrın 28-də və 29-da keçiriləcək.

İtaliya, A Seriyası
17-ci tur
27 dekabr

Parma – Fiorentina 1:0
Qol: Sorensen, 48.

Torino – Kalyari 1:2
Qollar: Vlaşiç, 28 – Prati, 45. S.Kılıçsoy, 66.

Leççe – Komo 0:3
Qollar: N.Pas, 20. Ramon, 66. Duvikas, 75.

Udineze – Latsio 1:1
Qollar: K.Deyvis, 90+5 – Solet, 80-öz qapısına.

Piza – Yuventus 0:2
Qollar: Kalabrezi, 73-öz qapısına. K.Yıldız, 90+2.

28 dekabr

15:30. Milan – Verona
18:00. Kremoneze – Napoli
21:00. Bolonya – Sassuolo
23:45. Atalanta – İnter

29 dekabr

23:45. Roma – Cenoa

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
6
2
arena.az

10Источники