RU

Nigeriyadan Afrika Millətlər Kubokunda ikinci qələbə – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə də 4 qarşılaşma baş tutub.

C qrupu çərçivəsində keçirilmiş Uqanda – Tanzaniya matçında qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı Nigeriya – Tunis matçında birincilər çətin qələbəyə seviniblər.

D qrupunda Benin Botsvananı tək qolla yenib. Seneqal millisinin Konqo Demokratik Respublikası ilə görüşündə isə qalib müəyyənləşməyib.

Bu gün baş tutmuş oyunlarda Azərbaycanda çıxış edən bəzi oyunçular da iştirak ediblər. Belə ki, “Neftçi”nin yarımmüdafiəçisi Sessi De Almeyda Benin millisinin heyətində start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib. “Sumqayıt”ın beninli müdafiəçisi Abdul Raşid Mumini isə bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Şamaxı”nın legioneri Alfons Msanqa da Tanzaniya yığmasının Uqandaya qarşı oyununda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
24 dekabr

C qrupu

Uqanda – Tanzaniya 1:1
Qollar: İkpeazu, 80 – Msuva, 59-pen.

Nigeriya – Tunis 3:2
Qollar: Osimhen, 44. Ndidi, 50. Lukman, 67 – Talbi, 74. Abdi, 87-pen.

Xallar: Nigeriya – 6. Tunis – 3. Tanzaniya – 1. Uqanda – 1.

D qrupu

Benin – Botsvana 1:0
Qol: Roşe, 28.

Seneqal – Konqo Demokratik Respublikası 1:1
Qollar: Mane, 69 – Bakambu, 61.

Xallar: Seneqal – 4. Konqo DR – 4. Benin – 3. Botsvana – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
11
6
arena.az

10Источники