RU

Mançester Yunayted yeni hücumçu ilə danışıqlar aparır

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə təmsilçisi "Mançester Yunayted" Mali millisinin və Fransanın "Oser" klubunun hücumçusu Lassin Sinayoko ilə danışıqlar aparır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, danışıqlar müsbət məcrada davam edir və "qırmızı şeytanlar" 26 yaşlı oyunçunu qış fasiləsində heyətinə qatmağı planlaşdırır.

Forvardın Liqa 1 kollektivi ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

Qeyd edək ki, Sinayoko bu mövsüm "Oser"in heyətində 16 oyunda meydana çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
45
baku.ws

10Источники