RU

ABŞ prezidenti Zelenskini nə ilə qonaq etdi?

 Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi görüşdən əvvəl Zelenksi Trampın Floridadakı şəxsi iqamətgahında nahar süfrəsinə dəvət olunub.  

Belə ki, Ukrayna və ABŞ arasında danışıqlar naharla başlayıb.

İkitərəfli görüşlərin qaydalarına uyğun olaraq ev sahibi tərəf tərəfindən hazırlanmış menyuda Amerika mətbəxinə xas olan ənənəvi yeməklər yer alıb. Bunlara, xüsusən də toyuq şorbası və qızardılmış kartofla verilən steyklər daxildir. Lakin desert üçün Trampın komandası xüsusi bir yemək hazırlayıb: Ukrayna tərəfinin hər birinə "Tramp" adlı şokoladlı tort dilimi verilib.

“The British Telegraph” qəzeti qeyd edir ki, bu, Trampın xarici qonaqları öz adını daşıyan yeməklərlə mükafatlandırdığı ilk hal deyil. Üstəlik, bu tort Mar-a-Lago menyusunda Trampın adını daşıyan yeganə yemək deyil. Məsələn, onlar həmçinin “Tramp Cube Salatı” da təqdim edirlər.

Gülayə Mecid

Избранный
41
50
unikal.az

10Источники