RU

Zelenski: Ukrayna sülhə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin sülhə hazır olduğunu bəyan edib və bu istiqamətdə göstərdiyi səylərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib.

Editor.az xəbər verir ki, Volodimir Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. O, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında son həftələr ərzində əldə olunan irəliləyişləri yüksək qiymətləndirib.

“Bütün əsas məsələlər üzrə məzmunlu bir görüş keçirdik və Ukrayna ilə Amerika komandalarının son həftələrdə əldə etdiyi irəliləyişi olduqca yüksək dəyərləndiririk. Ukrayna sülhə hazırdır”, – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, danışıqlar zamanı sülh planının bütün istiqamətləri müzakirə olunub və mühüm nəticələr əldə edilib. O vurğulayıb ki, dayanıqlı sülhün təmin olunmasında təhlükəsizlik zəmanətləri həlledici əhəmiyyət daşıyır.

Bundan əlavə, Zelenski tərəflərin gələn həftə yeni görüşün keçirilməsi barədə razılığa gəldiklərini, həmçinin yanvar ayında Ukrayna nümayəndə heyətinin və Avropa liderlərinin Vaşinqtona planlaşdırılan səfərinin koordinasiya edildiyini açıqlayıb.

Qeyd edək ki, 28 dekabr tarixində Donald Tramp və Volodimir Zelenski Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında görüşüblər. Görüş iki saatdan artıq davam edib.

//Gülnarə Abasova, Editor.az

Избранный
77
50
editor.az

10Источники