RU

Tərtərdəki qəzada xəsarət alanlar özəl tibb müəssisəsinə təxliyə EDİLDİLƏR

Borsunlu-Hindarx yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər özəl tibb müəssisəsinə təxliyə olunublar.

Far.Az xəbər verir ki, bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan pasiyentlər Bərdə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

Xatırladaq ki, ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Избранный
37
6
far.az

7Источники