RU

Bəhmən Həsənovun yeni iş yeri bilindi - AÇIQLAMA

Mövsümün gedişində 2-ci Liqa təmsilçisi "Şəki Siti"dən ayrılan Bəhmən Həsənovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis I Liqa komandası "Difai"nin baş məşqçisi təyin olunub. 

"Fədailər"in prezidenti Asəf Məlikov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Bəhmən müəllimlə bir müddət əvvəl anlaşmışıq. Adını sifariş ərizəsinə də daxil etmişik, sadəcə, şəxsi səbəbdən hələki oyunlara gəlmir. Buna görə adını matçın matçın yekun protokoluna salmamışıq. Yəqin ki, qış fasiləsindən sonra daimi bizimlə olacaq".

Qeyd edək ki, Ağsu təmsilçisi 12 turdan sonra 9 xalla sonuncudan əvvəlki - 9-cu yerdə qərarlaşıb.

Mirağa

Избранный
46
50
fanat.az

10Источники