“Stranger Things” ulduzu Milli Bobbi Braun tənqid atəşinə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. “Gözəllik iynələri” etdirən aktrisanın 15 yaşlı obrazı süni göründüyü üçün fanatlar narazıdır.
Məlumata görə, “Stranger Things” (Qəribə işlər) serialının ulduzu Milli Bobbi Braun xarici görünüşündəki dəyişikliklərlə izləyicilərin müzakirə obyektinə çevrilib.
Tamaşaçılar şübhələnirlər ki, aktrisa serialın final mövsümünün çəkilişlərindən əvvəl “gözəllik iynələri” (kosmetoloji prosedurlar) etdirib.
Bildirilir ki, bu müdaxilələr səbəbindən süjetə əsasən cəmi 15 yaşı olan qəhrəman ekranda qəribə və qeyri-təbii görünür.
Fanatlar sosial şəbəkələrdə şikayətlənirlər ki, aktrisanın üzü o qədər dəyişib ki, bəzən onun hansı emosiyanı ifadə etdiyini anlamaq mümkün olmur.
Xuraman Etibarlı
İnterpress.az