Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
Bu barədə Poliqon-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.
“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.
Poliqon.info