RU

Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb

Goranboyda bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
52
4
news365.az

10Источники