RU

Alisson 10 milyon avroya “Aston Villa”ya keçdi – ARENA.AZ

Braziliyanın “Qremio” klubunun 19 yaşlı braziliyalı hücumçusu Alisson bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Birmingem təmsilçisi bu transfer üçün “Qremio”ya 10 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Alisson “Qremio” futbol akademiyasının yetirməsidir. Gənc vinger əsas komandada 2024-cü ilin iyulunda debüt edib. O, ötən mövsüm Braziliya çempionatında 34 oyuna çıxıb. Alissonun “Qremio” karyerası bütövlükdə 41 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu 2022-ci ildə ölkəsinin U-16 millisində debüt edib, 3 oyuna çıxıb, 3 qol vurub. Lakin ondan sonra sağ cinah hücumçusuna milli formanı geyinmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
40
6
arena.az

10Источники