RU

Kota Takai “Tottenhem”i debüt etmədən tərk etdi – ARENA.AZ

İngiltərənin “Tottenhem” klubunun 21 yaşlı yaponiyalı mərkəz müdafiəçisi Kota Takai Mönhenqladbax “Borussiya”sına keçib.

Arena.az bu barədə “Tottenhem”in rəsmi saytına istinadən məlumat verir.

Almaniya klubu gənc müdafiəçini 2025/2026-cı illər mövsümünün sonuna qədər icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt də nəzərdə tutulub.

Kota Takai “Kavasaki Frontale”nin məzunudur. Yapon müdafiəçinin doğma klubu üçün çıxışının ümumi mənzərəsi 81 oyun 4 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

“Tottenhem” yaponiyalı futbolçunun 2025-ci ilin yayında “Kavasaki Frontale”dən tamhüquqlu əsasda, 5,8 milyon avro müqabilində heyətinə qatıb. Takainin London klubu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur. Müdafiəçi cari mövsümün geridə qalmış hissəsində İngiltərə təmsilçisinin heyətində debüt şansı qazanmayıb.

Kota Takai 2024-cü ilin sentyabr ayında debüt etdiyi Yaponiya yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Takainin qənimətlər muzeyində “Kavasaki Frontale” ilə qazandığı Yaponiya Kuboku (2023) və Yaponiya Super Kuboku (2024) var.

“Transfermarket” internet portalı 21 yaşlı yapon mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
143
30
arena.az

10Источники