RU

“Mançester Yunayted” səfərdə "Lids"lə bacarmadı

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Lids Yunayted” – “Mançester Yunayted” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İngiltərənin Lids şəhərində yerləşən “Elland Roud” stadionunda keçirilib. Matçın baş hakimi Cərred Cillett olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. “Lids”in yarımmüdafiəçisi Brenden Aaronson ikinci hissənin 62-ci dəqiqəsində fərqlənərək komandasını irəli çıxarıb. Lakin cəmi üç dəqiqə sonra “Mançester Yunayted”in hücumçusu Mateus Kunya tarazlığı bərpa edib.

Premyer Liqada 20 turdan sonra “Lids Yunayted” 22 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 31 xalla beşinci mövqedə yer alır.

Избранный
145
19
90deqiqe.az

10Источники