RU

Orhan Ak “Eyüpspor”dan qovuldu – ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Eyüpspor” komandasının baş məşqçisi Orhan Ak istefaya göndərilib.

Arena.az bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub Aka göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Orhan Ak 2025-ci ilin oktyabr ayından “Eyüpspor”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 11 oyuna çıxıb, cəmi 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Ak daha öncə “Fatih Karagümrük”də baş məşqçi olub. O, “Başakşəhər”, “Beşiktaş”, “Trabzonspor” kimi klublarda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

“Eyüpspor” cari mövsümdə Türkiyə Super Liqasında 17 oyuna topladığı 13 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Komanda cəmi 3 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
93
50
arena.az

10Источники