RU

Keçmiş partiya sədrinin səhhəti pisləşib İtaliyada müalicə alır

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib.

Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.

"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər", - Rauf Qurbanov deyib.

Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Nəticədə Azərbaycan Kommunist Partiyası da qeydiyyatdan keçə bilməyərək fəaliyyətini dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
5
modern.az

6Источники