RU

Metronun “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşdü

BAKI, 7 yanvar. TELEQRAF

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək.

Избранный
173
19
teleqraf.com

10Источники