RU

“Xalqlar dostluğu”nun yaxınlığında naməlum meyit tapıldı - FOTO

Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.

55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

"Cebheinfo.az"

Избранный
83
2
cebheinfo.az

3Источники