RU

Yəmən hökuməti ölkənin cənub və şərq vilayətlərinə nəzarəti ələ alıb

Yəmən hökumət qüvvələri ölkənin cənub və şərq vilayətlərində, o cümlədən müvəqqəti paytaxt Ədən şəhərində yerləşən hərbi düşərgələrə nəzarəti uğurla ələ alıb...

APA xəbər verir ki, bu barədə Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi məlumat verib. Müraciəti Yəmənin SABA agentliyi yayıb.

O, xalqa müraciətində bildirib ki, dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı kimi Hədramaut və əl-Məhra vilayətlərində, müvəqqəti paytaxt Ədəndə və digər azad edilmiş bölgələrdə hərbi düşərgələrin təhvil verilməsi əməliyyatı uğurla başa çatdırılıb. Əl-Əlimi vurğulayıb ki, bu “çətin qərarlar” güc nümayişi üçün deyil, vətəndaşların qorunması, dövlətin hüquqi statusunun təmin edilməsi və konstitusion əsasların saxlanılması məqsədi ilə qəbul edilib.

Poliqon.info

Избранный
26
23
poliqon.info

10Источники