RU

ABŞ İranı vurmağa hazırlaşır

Amma konkret hansı addımların atılacağı ilə bağlı hökumətn daxilində fikir birliyi yoxdur. Müzakirələr hələ ki standart planlama prosedurunun ilkin mərhələsindədir.

Maraqlıdır ki, bu əsnada ABŞ-nin dövlət katibi Mark Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb. İsrailin “12-ci kanal” televiziyasınınməlumatına görə, söhbətin əsas mövzusu İrandakı etirazlar olub. Aydndır ki, ABŞ İrana hərbi zərbələr endirəcəksə, bunu İsrailin iştirakı olmadan etməyəcək. “Reuters”in Təl-Əvivdəki mənbələrə istinadla verdiyi məlumatına görə, İsrailin hərbi qüvvələri ABŞ-nin İrana mümkün müdaxiləsilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.

İran parlamentinin sədri Muhəmməd Bağır Qalibaf isə bildirib ki, İrana endirilən istənilən zərbə İsrail dövlətini və ABŞ-nin regiondakı bazalarını qanuni hədəfə çevirəcək.

Bu arada “Maariv” qəzeti maraqlı bir iddia ilə çıxış edib: İsrailin baş naziri Benyamin Netahyahu qapalı müzakirələrdə İranın “İbrahim sazişi”nə qoşumlası təklifini irəli sürüb. Qəzetyazırki, yəhudi hökuməti məsələni artıq İran müxalifətinin tanınmış simaları ilə müzakirə edib. Təl-Əviv İrandakı etirazların uğurla nəticələnəcəyinə əmindir və indidən İranın gələcək hökuməti ilə münasibətlər qurmağa hazırlaşmağa başlayıb. Bu fonda hətta Səudiyyə Ərəbistanı ilə müzakirə edilən və Trampın da dəstəklədiyi sülh prosesi də ikinci plana keçib.

Tariyel Həsənov
AzVision.az
Избранный
90
39
azvision.az

10Источники