Bakı. Trend:
ABŞ İranda keçirilən etiraz aksiyaları fonunda İran əleyhinəkiberhücum həyata keçirmə imkanını nəzərdən keçirir.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Donald Trampa güc tətbiqi iləbağlı variantlar təqdim olunub. Lakin ABŞ rəsmiləri Trampa beləaddımlar atmaq üçün hələ tez olduğunu bildiriblər.
Qeyd edilir ki, Vaşinqton İrana qarşı "gizli kiber silah" tətbiqedə bilər, hədəf isə həm hərbi, həm də mülki obyektlər olabilər.
Bundan əvvəl Tramp jurnalistlərə bildirib ki, ABŞ İranda başverən hadisələrə hər hansı cavab tədbirini, o cümlədən güctətbiqini ciddi şəkildə nəzərdən keçirir. ABŞ prezidenti daha əvvəlİrandakı iğtişaş iştirakçılarına "yardım göstərməyə hazır olduğunu"da demişdi.